AZ

Brendon Uilyams “Mançester Yunayted”i yenə tərk etdi

İngiltərəli müdafiəçi Brendon Uilyams “Mançester Yunayted”dən icarə müqaviləsi əsasında “Hall Siti”yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Uilyams yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə əlavə olaraq bir mövsüm uzatma bəndi də nəzərdə tutulub.

23 yaşlı futbolçu “Mançester Yunayted”in yetirməsidir və klubun akademiyasında 2008-ci ildən çıxış edirdi. O, həmçinin icarə əsasında “Norviç Siti” və “İpsviç Taun”da da forma geyinib.

Xatırladaq ki, geridə qalan mövsümdə “Hall Siti” 49 xal toplayaraq Çempionşipdə 21-ci yeri tutub və turnirdə qalmağı bacarıb.

Brendon Uilyams İngiltərənin U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
28
6
arena.az

10Mənbələr