AZ

Super Liqa: “Trabzonspor” da ardıcıl 2-ci qələbəyə sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kasımpaşa” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Trabzon təmsilçisi səfərdə tək qolla 3 xala sahib çıxıb.

Beləliklə, 2 turdan sonra “Konyaspor”, “Qalatasaray”, “Antalyaspor”, “Samsunspor” və “Trabzonspor”un 6 xalı var. “Göztəpə” 4, “Beşiktaş” 3 xal toplayıb.

Türkiyə, Super Liqa
2-ci tur

15 avqust

Qalatasaray – Fatih Karagümrük 3:0
Qollar: B.A.Yılmaz, 10. F.Kurucuk, 74-öz qapısına. İkardi, 87.

16 avqust

Kocaelispor – Samsunspor 0:1
Qol: Yovanoviç, 82-öz qapısına.

Alanyaspor – Rizəspor 0:0

Göztəpə – Fənərbağça 0:0

17 avqust

Gənclərbirliyi – Antalyaspor 0:1
Qol: Storm, 81.

Konyaspor – Qaziantep 3:0
Qol: Ndao, 18. Aleksiç, 50. Andzuana, 83.

Başakşəhər – Kayserispor 1:1
Qollar: Brniç, 41 – M.Kardozo, 69.

Beşiktaş – Eyüpspor 2:1
Qollar: T.Abraham, 19-pen. R.Silva, 90+6 – M.Tiam, 29.

18 avqust

Kasımpaşa – Trabzonspor 0:1
Qol: Felipe Auqusto, 75.

Seçilən
15
9
arena.az

10Mənbələr