AZ

Rusiya Ukraynaya PUA-larla hücum etdi

BAKI, 19 avqust. TELEQRAF

Rusiya Ukraynanın bir sıra ərazisinə PUA-larla hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri öz teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, Sumı vilayətinin şimal, şərq və cənub rayonlarına, şərqdə Dnepropetrovsk və Xarkov vilayətlərinə, şimal-qərbdə Poltava, Çerniqov rayonlarına hücum edilib.

İtkilər barədə məlumat verilmir.

Hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda baş verib.

Seçilən
142
1
teleqraf.com

2Mənbələr