AZ

“Qarabağ”dan 20 zərbə...

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Şkendiya” ilə ev oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 5:1 hesabı ilə qələbə qazandığı görüşdə daha çox qol vurmaq imkanı əldə edib.

Təsadüfi deyil ki, Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda rəqib qapısına düz 20 zərbə vurublar.

Maraqlıdır ki, “Şkendiya” cəmi 1 dəfə çərçivəyə düşüb, onda da qol olub.

Bütün göstəricilərdə rəqibini üstələyən “Qarabağ”ın futbolçuları yalnız cərimə zərbələrində daha çox kobudluqla yadda qalıblar.

“Qarabağ” – “Şkendiya”

Qollar – 5:1

Zərbələr – 20:4

Çərçivəyə zərbələr – 8:1

Çərçivəyə düşməyən zərbələr – 7:1

Bloklanan zərbələr – 5:2

Künc zərbələri – 8:0

Oyundankənar vəziyyət – 1:1

Sarı vərəqələr – 0:2

Cərimə zərbələri – 11:7

Seçilən
17
sportinfo.az

1Mənbələr