AZ

Putin və Tramp telefonla 40 dəqiqə danışıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya liderinin köməkçisi Yuriy Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefondanışığı təxminən 40 dəqiqə davam edib.

Uşakovun bildirdiyinə görə, Donald Tramp Vladimir Putini Vaşinqtonda Ağ Evdə Vladimir Zelenski və Avropa liderləri ilə baş tutan danışıqlar barədə məlumatlandırıb.

Qeyd edilib ki, Tramp Putinlə söhbətində Rusiya-Ukrayna danışıqlarının birbaşa formatda səviyyəsinin artırılması ideyasını müzakirə edib.

Hər iki lider Ukrayna böhranı və digər aktual məsələlər üzrə qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər.

AzPost.az

Seçilən
78
3
azpost.info

10Mənbələr