Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqust ayının 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
19 avqust
UEFA Çempionlar Liqası - Pley-off
Saat 23:00 - "Ferentsvaroş" - "Qarabağ".