"Təkcə Avropa müttəfiqləri deyil, həm də Avropadan kənar ölkələr Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin olunmasında iştirak edəcəklər".
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz Avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Biz hazırda bunun üzərində işləyirik", - Rubio bildirib.
O əlavə edib ki, zəmanətlər sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin.
ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ artıq Ukraynaya silah vermir, Avropa ölkələrindən pul qarşılığında satır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta