AZ

Premyer Liqa: “Zirə” və “Araz-Naxçıvan”ın ilk sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun dördüncü oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə matçı “Zirə” ilə “Araz-Naxçıvan” arasında keçiriləcək. Azərbaycanı bu mövsüm Avropa Konfrans Liqasında təmsil etmiş komandaların Zirədəki qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.

Premyer Liqa
1-ci tur

15 avqust

“Karvan” – “Qəbələ” 1:1
Qol: Murad Musayev, 78-öz qapısına – Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.

16 avqust

“İmişli” – “Turan Tovuz” 0:1
Qol: Roberto Olabe, 90+9.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.

“Neftçi” – “Şamaxı” 1:1
Qollar: Emin Mahmudov, 45+2 – Karim Rossi, 23.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”.

17 avqust

“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Rüstəm Əhmədzadə, 14. Aleksandr Ramalinqom, 26. Aleksa Yankoviç, 37.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

19 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.

Seçilən
58
5
arena.az

10Mənbələr