Bakı. Trend:
Müharibələr nadir hallarda nöqtə ilə bitir. Onlar yalnızdemarkasiya xətləri və imzalanmış bəyanatlarla yox, həm dəsiyasi-hüquqi reallığın toxumasında dərin struktur dəyişiklikləriilə yadda qalır. Bu, xüsusilə Cənubi Qafqaz üçün keçərlidir - çünkibölgədə postmünaqişə status-kvonu yekun mərhələ kimi yox, yeni birfazanın - institusional qeyri-müəyyənliyin, geosiyasi uyğunlaşmanınvə nəticələrin izahı uğrunda diskursiv mübarizənin başlanğıcı kimiqəbul etmək lazımdır.
2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatması vəxüsusilə 2025-ci ildə Vaşinqton danışıqlar raundununyekunlaşmasından sonra Azərbaycan-Ermənistan münasibətləripost-realist transformasiya mərhələsinə keçdi. Bu mərhələdə formalçərçivələr hibrid tənzimləmə modelləri ilə əvəzlənir, hüquqikonturlar isə getdikcə daha çox siyasi praqmatizmləmüəyyənləşir.
Ənənəvi beynəlxalq təcrübədə postmüharibə dövrləri üçüncütərəflərin iştirakı və təminatlı icra mexanizmləri iləinstitusional vasitəçiliyi nəzərdə tutursa, Azərbaycanla Ermənistanarasındakı hazırkı dinamika geosiyasi reasimmetriya və hüquqidisbalans şəraitində cərəyan edir. Klassik balanslaşdırmaprinsipləri artıq effektivliyini itirib. Yaranmaqda olan qarşılıqlımünasibətlər arxitekturası bir neçə mühüm dəyişikliklə xarakterizəolunur: çoxtərəfli vasitəçilikdən ikitərəfli diplomatiyaya keçid;universal normalardan situativ legitimləşməyə keçid; deklarativrazılaşmalardan praqmatik reallığa keçid.
Bu reallıqda “sabitlik” anlayışı belə yenidən düşünülməlidir.Eyni zamanda, sistemin özü sabit deyil - çünki o, institusionalvakuum və öhdəliklərin icrasına nəzarət mexanizmlərinin yoxluğuşəraitində fəaliyyət göstərir.
2025-ci ilin ortalarında başa çatan Vaşinqton danışıqlarımərhələsi postmüharibə diplomatik inersiyasını yeni reallıqdanayıran dönüş nöqtəsi oldu. Bu yeni reallıqda artıq formalmüqavilələr deyil, sabitlik ideyası ön plandadır - davamlıbalanslaşdırma prosesinin nəticəsi kimi. Dominant aktor tək deyil -polisentrik təzyiqlər və şəbəkəvi diplomatiya yeni dinamikanıformalaşdırır.
Məqsədimiz postmünaqişə qarşılıqlı münasibətlərin yekun modelinitəqdim etmək iddiası deyil. Əksinə, bu, konseptual xəritələşdirməcəhdidir - normallaşma prosesinin dayanıqlığını ya zəiflədən, ya dadəstəkləyən əsas amillərin aşkarlanması və təhlili məqsədinidaşıyır. Seçilmiş təhlükəsizlik, hüquqi legitimlik və beynəlxalqsubyektlik paradiqması çərçivəsində biz beş qarşılıqlı əlaqəlianalitik klaster müəyyənləşdiririk. Hər biri post-Vaşinqtonreallığında konkret gərginlik vektorunu əks etdirir:
1. İnstitusional dekontruksiya - razılaşmalarınicrasını müşayiət edən davamlı mexanizmlərin eroziyası və yaümumiyyətlə olmaması, hüquqi normaların yerini qeyri-formal şəbəkəkonvensiyalarının tutması;
2. Hüquqi indeterminasiyaya - formulələrinstrateji qeyri-müəyyənliyi, interpretasiya tələləri və öhdəliklərinassimmetriyası;
3. Humanitar instrumentallaşma - humanitargündəmin siyasi təzyiq və leqitimizasiya alətinə çevrilməsi;
4. Ərazi-hüquqi dualizm - de-fakto nəzarətləde-yure tanınma arasında ziddiyyət, sərhədin delimitasiyası iləbağlı çağırışlar;
5. Konstitusion revizionizm - ərazi iddialarıprizmasında dövlət quruluşunun əsaslarını yenidən yozmaq üçüninstitusional cəhdlər.
Bu beş klaster birlikdə regionda hüquqi və siyasi sabitliyindayanıqsızlığını yaradan əsas sütunları təşkil edir. Belə birşəraitdə normallaşma yalnız mexaniki razılaşmalar deyil, həm dəhüquqi interpretasiya savaşı, diplomatik mühəndislik və geosiyasirisklərin kompleks tənzimlənməsi fonunda mümkündür. Araşdırmanındavamında bu faktorlar dərinliklə təhlil olunacaq.
Beləliklə, Azərbaycanla Ermənistan arasında formalaşanpostmünaqişə matrisi təkcə diplomatik fenomen deyil, həm dəçoxsaylı zəif nöqtələri olan mürəkkəb sistemdir. Bu sistemin daxiliməntiqini dərk etmədən dayanıqlı sülhdən danışmaq mümkün deyil.
ATƏT-in Minsk Qrupunun normayaratma vasitəçiliyinin strukturdaşıyıcısı kimi aradan çıxarılması danışıqlar prosesinin legitimplatformasının deqradasiyasını simvolizə edir. Onun yerində isəinstitusional verifikasiya və hüquqi təmsilçilikdən məhrum olan,geosiyasi cəhətdən rəqabət aparan subyektlər - ABŞ, Aİ və Rusiya -arasında vasitəçilik funksiyalarının bölüşdürüldüyü qeyri-sabitpolisentrik fasilitasiya modeli yaranır.
ABŞ-Ermənistan strateji dialoqu ilə əlaqələndirilən TRIPPlayihəsi nəqliyyat funksionalizmini siyasi barış arxitekturasınainteqrasiya etmək cəhdi kimi təqdim olunur. Lakin nəqliyyatdəhlizlərinin hüquqi statusu ilə bağlı razılaşdırmanın və normativtənzimləmənin olmaması, infrastruktur parametrlərinin hüquqibaxımdan qeyri-müəyyənliyi diskursiv interpretasiya rəqabətişəraitində yeni münaqişə ocaqları yaradır.
Erməni diplomatik ritorikası siyasi münaqişəni sistematikşəkildə humanitarlaşdıraraq, etnik viktimizasiya narrativlərinisaxta, əsassız "etnik təmizləmə", "soyqırım" və "məcburi köç" kimiqondarma evfemistik konstruksiyalar vasitəsilə səsləndirir. Fəqətbu cür leksik çərçivə beynəlxalq humanitar hüququn əsasanlayışlarını, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin RomaStatutunda qeyd olunan kriteriyaları nəzərə almır.
Kollektiv məsuliyyətin əvəzinə fərdi məsuliyyət prinsipinə vəmens rea (niyyət) meyarının tətbiqinə əsaslanan hüquqi yanaşma2023-cü ildə Qarabağda baş verən hadisələrə dair erməniiddialarının hüquqi əsasını zəiflədir. Əhalinin könüllü şəkildəərazidən çıxması, cəza və ya repressiya mexanizmlərinin olmamasıfonunda, hüquqa zidd əsas olmadan deportasiya kimi qiymətləndiriləbilməz (ex injuria jus non oritur). Həmçinin bu halın “müdafiə üçünməsuliyyət” (R2P) doktrinası çərçivəsində təqdim edilməsi dəmetodoloji baxımdan əsassızdır, çünki sistemli repressiya üçüntələb olunan kumulyativ faktorlar mövcud deyil.
Ermənistanın münaqişənin aktiv fazası başa çatdıqdan sonrasaxlanılan şəxsləri hərbi əsir kimi tanıtmaq cəhdi beynəlxalqhüququn pozitiv normaları ilə ziddiyyət təşkil edir. 1949-cu ilCenevrə Konvensiyasına (III) əsasən, hərbi əsir statusu yalnızsilahlı münaqişə zamanı əsir götürülmüş və kombatantlıqkriteriyasına cavab verən şəxslərə şamil olunur. Silahlı fazadankənarda bu statusun tətbiqi ultra vires xarakter daşıyır.
Azərbaycanın hüquq-mühafizə təcrübəsi saxlanılan şəxslərlə bağlıdaxili cinayət-prosessual qanunvericiliyə və beynəlxalq cinayətəməkdaşlığının normalarına əsaslanır. Diversiya, terror aktları vəqətllərdə təqsirləndirilən şəxslərin “girovlar” və ya “siyasirepressiya qurbanları” kimi təqdim olunması isə rule of law(qanunun aliliyi) doktrinası və milli yurisdiksiyaya qarışmama(domestic jurisdiction clause) prinsipinə zidd olan semantikmanipulyasiyadır.
Azərbaycan ərazisinin guya “Ermənistanın torpaqlarını işğaletməsi” kimi təqdim olunan absurd ritorik strukturlar əraziiddialarının siyasi manipulyasiyasına əsaslanaraq, xəritəçilikdəmünaqişəli dualizm paradiqmasını formalaşdırır. Bu halda dövlətsərhədinin delimitasiyası prosesi hüquqi əsaslardan sıxışdırılaraqsiyasi hədd-hüdudsuzluq sahəsinə ötürülür. Halbuki dövlətsərhədlərinin delimitasiyası yalnız arxiv xəritələri, hüquqisənədlər və texniki altkomissiyaların iştirakı ilə ikitərəflikonsensus əsasında həyata keçirilə bilər.
Sərhədlərin siyasiləşdirilməsi və topoqrafik mübahisələrinparlament və ya media ritorikası səviyyəsində ictimailəşdirilməsi,beynəlxalq hüququn ex aequo et bono (ədalətlilik və vicdanlılıq)prinsipini pozur və bütün tərəflər üçün hüquqi qüvvəyə maliksazişlərin (erga omnes) bağlanmasına mane olur. Bundan əlavə,Ermənistan tərəfi saxta bir dilemma yaradır: guya sülh yalnızAzərbaycan əvvəlcədən hüquqi əsaslara uyğun gəlməyən şərtləriyerinə yetirdiyi təqdirdə mümkündür. Bu isə danışıqlarda konsensusəsaslı minimalizm prinsipinin pozulması deməkdir.
Ermənistanda hazırkı konstitusiya islahatı layihəsi əraziiddialarına əsaslanan ritorikanı konstitusiyadan çıxarmağayönəldilsə də, həm institusional, həm də sosial-siyasi sabotajlaüzləşir. Beynəlxalq hüququn üstünlüyü (supremacy of internationallaw) prinsipinə zidd olaraq, Ermənistan Konstitusiyasının mövcudredaksiyasında BMT Nizamnaməsində təsbit olunmuş ərazi bütövlüyü vəgüc tətbiq etməmək (non-aggression clause) prinsipini pozanmüddəalar hələ də qalır.
Ultramilitarist, klerikal və diaspor təsirli aktorlarınparlament diskursuna təsiri konstitusiya islahatlarının məzmunundakəskin ziddiyyət yaradır. Bu ziddiyyət Ermənistanın sülh prosesindəüzərinə götürdüyü öhdəliklərlə daxili hüquqi norma sistemi arasındakognitiv dissonans yaradır. Hüquqi reallığın status quo ante bellum(müharibədən əvvəlki vəziyyət) səviyyəsində qalması Ermənistanıparadoksal vəziyyətə salır: rəsmi İrəvan Azərbaycandan güzəştlərtələb edir, lakin öz daxilində bu güzəştləri simmetrik şəkildəəsaslandıracaq heç bir hüquqi dəyişiklik etmir.
2020-ci ildə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti və2023-cü ilin sentyabrında Qarabağda separatizmin tamamilə ləğviCənubi Qafqaz regionunu formal olaraq postmünaqişə mərhələsinədaxil etdi. Lakin bu mərhələ sabit bir sülh dövrünü deyil, daha çoxqeyri-sabit, hüquqi baxımdan qeyri-formalaşmış və bir çox hallardamüxtəlif yozumlara açıq olan kvazi-sülh konfiqurasiyasınıxatırladır. Müharibə bitmiş kimi görünsə də, sülhün hüquqimahiyyəti hələ də rəsmiləşdirilməyib və bu səbəbdən interpretasiyamübarizəsinin obyektinə çevrilib.
Bu vəziyyət unikal olmasa da, Cənubi Qafqazda xüsusilə kəskinşəkildə təzahür edir. Çünki burada imperiya miraslarının, geosiyasirəqabətin və zəif beynəlxalq mexanizmlərin üst-üstə düşməsinəticəsində sülhə doğru atılan hər bir addım yeni bir mübarizəmeydanına çevrilir. Bu paradoksun mərkəzində isə universal şəkildəqəbul olunmuş, hüquqi baxımdan rəsmiləşdirilmiş və institusionalşəkildə təmin olunmuş sülh müqaviləsinin olmamasıdır.
Yaranmış hüquqi mənzərə beynəlxalq hüquq nəzəriyyəsində “normcollision” (normativ toqquşma) kimi tanınan fenomenə bənzəyir -müxtəlif hüquq rejimləri arasında uyğunsuzluq müşahidə olunur.Beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, ərazi bütövlüyüvə öz müqəddəratını təyin etmə prinsipləri siyasi manipulyasiyavasitəsinə çevrilib, lakin onlar vahid hüquqi çərçivədəbirləşdirilməyib və sinxronlaşmayıb.
Ermənistan və onun qərbli tərəfdaşları - xüsusilə Fransa,Belçika və bir sıra QHT-lər - humanitar gündəliyi siyasi təzyiqvasitəsinə çeviriblər. Human Rights Watch, Amnesty International vəAŞPA-nın hesabatları (məsələn, AŞPA-nın 2023-cü il tarixli 2517saylı Qətnaməsi) konkret epizodlardan istifadə edərək “humanitarfəlakət” narrativini qurmağa çalışır. Bu zaman isə heç birprosessual yoxlama aparılmadan, hüququn fundamental prinsipləri -günahsızlıq prezumpsiyası və obyektivlik - pozulur.
Bu praktika “lawfare” (hüquq savaşı) kimi qiymətləndirilə bilər- yəni beynəlxalq hüquq ədalət aləti deyil, simvolik və siyasihegemonluq uğrunda mübarizə silahına çevrilir.
Ermənistan 2022-ci il 6 oktyabrda Praqada Aİ-nin vasitəçiliyiilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da,faktiki olaraq erməni cəmiyyətində və siyasi elitasında əraziiddialarının yenidən konseptuallaşdırılması davam edir. “1920-ciillərin xəritələri”, “Qərbi Zəngəzur” ritorikası və sərhədlərinreviziyası çağırışları yenidən gündəmə gətirilir. Bu isə BMTNizamnaməsinin 2(4)-cü maddəsində təsbit olunan dövlətlərin ərazibütövlüyünə hörmət prinsipini pozur və münaqişənin təkraralovlanması üçün zəmin yaradır.
Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsininimzalanmaması postmünaqişə prosesini danışıqlar entropiyasınaçevirib - bu, o haldır ki, çoxsaylı danışıqlar kanalları mövcuddur,lakin heç biri ümumi nəticə vermir. Brüsseldə, Moskvada,Vaşinqtonda və digər beynəlxalq forumlarda keçirilən onlarla görüşdayanıqlı sülhün institusional əsaslarını formalaşdırmayıb.
Əsas struktur çatışmazlıqlar aşağıdakılardır:
a) Müqavilə boşluğu: tərəflərdən heç biriparlamentlər tərəfindən ratifikasiya olunmuş, beynəlxalqtəminatlara malik rəsmi sülh müqaviləsi mətni təqdim etməyib.
b) İnstitusional vakuum: tərəflər arasındamübahisələrin həlli, razılaşmalara nəzarət və prosedur normalarüçün ümumi bir mexanizm yoxdur (müqayisə üçün: Donbas üzrə Minskrazılaşmaları və ya Bosniya üzrə Deyton müqaviləsi).
c) Normativ assimmetriya: hətta əsas anlayışlar- “delimitasiya”, “kommunikasiyaların açılması”, “demilitarizasiya”- İrəvan tərəfindən tamamilə fərqli şəkildə şərh olunur.
Bu struktur boşluqlar postmünaqişə arxitekturasının sabitliyinəmane olmaqla yanaşı, diplomatik prosesin legitimliyini dəzəiflədir. Gələcəkdə sülhün real şəkildə təmin olunması üçün buboşluqların aradan qaldırılması zəruridir.
Post-Vaşinqton tənzimləməsi marşrutunda rasional çıxış yoluhüquqi əsasların və institusional mexanizmlərin bərqəraredilməsindən keçir. Siyasi mənzərənin qeyri-müəyyənliyi, maraqlarıntoqquşması və ritorikanın boşluğu yalnız hüquqla əvəz olunduqdareal nəticələr əldə etmək mümkündür.
Əvvəla, danışıqlar siyasi ritorikadan və emosionallıqdantəmizlənməlidir. Bunun əvəzinə beynəlxalq hüququn norma vəprinsiplərinə söykənən, açıq şəkildə kodlaşdırılmış sülh müqaviləsihazırlanmalıdır. Belə müqavilənin təməl sütunları kimi aşağıdakıelementlər önə çıxır: Azərbaycanın 1991-ci il sərhədləriçərçivəsində ərazi bütövlüyünün tanınması (bu, Helsinki Yekun Aktıvə MDB-nin Almatı Bəyannaməsi ilə təsdiqlənib), mübahisələrinbeynəlxalq hüquqi mexanizmlərlə - o cümlədən, BMT-nin BeynəlxalqƏdalət Məhkəməsi və ya beynəlxalq arbitraj vasitəsilə - həlli,habelə kommunikasiyaların açılması və qarşılıqlı təminatlarınhəyata keçirilməsi üzrə konkret prosedurlar.
İkinci mühüm istiqamət formatların institusionalizasiyasıdır.İndiyədək aparılan qeyri-formal və nəticəsiz görüşlər əvəzinə,daimi fəaliyyət göstərən hökumətlərarası komissiyalaryaradılmalıdır. Onların konkret mandatı, iş qrafiki, prosedurnormaları və pozuntulara qarşı hüquqi sanksiyaları olmalıdır.Beləliklə, proses “protokol görüntüləri” səviyyəsindən çıxaraqhüquqi məsuliyyətli dialoq müstəvisinə keçəcək.
Üçüncü mərhələ isə universal hüquqi konsensusun əldəolunmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququndörd baza prinsipi dəyişməz və şərtsiz şəkildə qüvvədə qalmalıdır:dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı, daxili işlərəqarışmamaq və bərabərlik prinsipi. Bu dəyərlər BMT BaşAssambleyasının qəbul etdiyi 2625 (XXV) saylı “Dostluqmünasibətləri haqqında Bəyannamə”də də hüquqi sistemin dayaqlarıkimi göstərilir. Bu prinsiplər üzrə tərəflər arasında ümumirazılaşma əldə olunmadan, istənilən saziş yalnız kağız üzərindəqalacaq və real sabitliyə çevrilməyəcək.
Bugünkü tənzimləmə mərhələsini rəsmi İrəvan və onun havadarları,fransız filosof Jan Bodriyarın təbirincə desək, sülhün simulyakrına- yəni məzmunun əvəzinə forma, nəticənin yerinə görüntü, sülhünözünün əvəzinə onun təsiri çıxış etməsinə - çevirməyə meyllidir.“Yol xəritələri”, “bəyannamələr”, “məsləhətləşmələr” sadəcəsimvolik addımlardır və hüquqi təminatla, mexanizmlə, məsuliyyətləmüşayiət olunmayınca, nə regionda sabitlik, nə də tərəflər arasındareal anlaşma mümkündür.
Əgər bu kvazi-sülh ritorikasından çıxılaraq hüquqi əsaslı vəinstitusional təməlli sülh modelinə keçid baş verməsə, bu vəziyyət“dondurulmuş münaqişə” kimi qalacaq. Dondurulmuş münaqişələrintəbiəti isə ondan ibarətdir ki, onlar həmişə gözlənilməz bir anıpartlayış nöqtəsinə çevrilə bilər - istər daxili siyasidəyişikliklər, istər kənar geosiyasi təzyiqlər, istərsə də təsadüfiinsidentlər nəticəsində.
Sülh - bu, sadəcə atəşkəs və ya müharibənin olmaması deyil. Sülh- hüquqi təminatı, beynəlxalq tanınması və qarşılıqlı razılaşmasıolan nizamdır. Əgər bu nizam qurulmayıbsa, o zaman sülhdən deyil,onun imitasiyasından danışmaq olar. Gerçək sülh, hüququn sülhəçevrildiyi andan başlayır. Bütün qalanı isə illüziyadır.
Ermənistan rəhbərliyi romantik bəyanatlarla sülhə çağırışritorikasından əməli işə keçməli, baş nazir Nikol Paşinyan realaddımlar atmalı və qərarlar qəbul etməlidir.
Səbəb sadə: zaman ermənilərin əleyhinə işləyir.