AZ

Zelenski Trampa ukraynalı hərbçidən hədiyyə verib

ABŞ prezidentinə gərgin döyüşlərdə iştirak etmiş əsgərin qolf kliyubkası təqdim olunub...

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşü zamanı ona ukraynalı hərbçi Konstantin Kartavtsevə məxsus qolf kliyubkasını hədiyyə edib.

Poliqon xəbər verir ki, bu barədə “Obşestvennoye Novosti” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Kartavtsev Rusiya ilə döyüşlərdə iştirak edib və münaqişənin ilk aylarında ayağını itirib. Sonradan reabilitasiya keçən əsgərin qolf oyunu bərpa proqramının bir hissəsinə çevrilib.

Zelenski görüş zamanı Trampa həmçinin bir video təqdim edib. Həmin videoda Kartavtsev ABŞ-dan Ukraynaya “ədalətli və uzunmüddətli sülh” üçün yardım göstərməsini xahiş edib.

Məlumatda qeyd olunur ki, Ağ Evin sahibi hədiyyəni qəbul edib və ukraynalı hərbçi üçün xüsusi video-müraciət qeydə alıb. Tramp çıxışında Kartavtsevə qolf kliyubkasına görə təşəkkürünü bildirib.

Xatırladaq ki, 18 avqustda Ağ Evdə Tramp və Zelenski arasında danışıqlar keçirilib. Görüşdə Zelenski ABŞ prezidentinə üzərində “ən yaxşı kostyumunu” geyindiyini desə də, Tramp ukraynalı həmkarının geyiminin ona “xoş təsir bağışladığını” bildirib.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr