AZ

Britney Spears-in qəribə videosu pərəstişkarlarında narahatlıq yaradıb

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki,videoda Spears evində səliqəsizlik fonunda kamera və işıq qurğularını tənzimləyərkən görüntülənib. O, qəhvəyi bralette, ağ şort və qara çəkmə geyinib. Klipin sonunda isə arxa planda müğənninin itinin görünməsi diqqət çəkib. İfaçı paylaşımına belə şərh yazıb:
"Deyərdim ki, Julia Roberts Prince-in 'Kiss' mahnısını oxuyur, amma əslində obyektiv arxasında yaxşı səslənirdim. PSS, mən kim olduğumu bilirəm!!!"
Britney nadir hallarda sosial şəbəkə videolarında canlı oxuyur. Adətən, o, rəqs performansları ilə izləyicilər qarşısına çıxır. Lakin bu dəfə pərəstişkarları müğənninin həm səliqəsiz görünüşünə, həm də davranışlarına görə narahatlıq ifadə ediblər. Qeyd edək ki, Britney Spears keçən il aktyor Sam Asghari ilə boşanıb və hazırda subaydır. Onun ilk nikahı rəqqas Kevin Federline ilə olub. Cütlüyün iki oğlu – 19 yaşlı Sean Preston və 18 yaşlı Jayden var. Federline isə yaxın zamanda “You Thought You Know” adlı xatirə kitabını nəşr etdirməyə hazırlaşır. Spears-in son paylaşımları pərəstişkarları tərəfindən geniş müzakirə olunur və bir çoxları ulduzun psixoloji vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edirlər.  

 

Seçilən
84
Ajans.az

1Mənbələr