Ödəniş terminalları (MilliÖn, eManat, MPAY, M10) vasitəsilə ABB kartlarına həyata keçirilən mədaxil əməliyyatlarına komissiya tətbiq olunur.
Əvvəl bu limit 3000 AZN-dək komissiyasız, daha sonra 0,5 faiz komissiya ilə tətbiq olunub.
Operativ Media xəbər verir ki, hazırda limit 1000 AZN-ə endirilib.
Belə ki, TamKart Visa Classic, TamKart MC Standard, Tam DigiCard, TamKart Eko, TamKart Gənc, TamKart Gold, Azercell Co-brand, Depozit kartlarına, bütün növ Əmək haqqı kartlarına MilliÖn, eManat, MPAY, M10 ilə - aylıq 1 000 AZN-dək komissiyasız mədaxil etmək olar. Məbləğ çox olduqda, 0,5% komissiya tətbiq olunur.
İstifadəçilər bildirirlər ki, bank bu barədə heç bir xəbərdarlıq bildirişi göndərməyib.
Bankdan isə bildirilir ki, vətəndaşlar "ABB Mobile" tətbiqi vasitəsilə kartlarda baş verən dəyişiklikləri özləri izləməlidirlər.