AZ

Modi Çində keçiriləcək ŞƏT sammitində iştirak edəcək

Hindistanın Baş naziri Narendra Modi Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

“Report” yerli mediaya istinadən xəbər verir ki, bunu Hindistan liderinin təhlükəsizlik xidmətinin rəhbəri Acit Doval Nyu-Delhidə Çinin xarici işlər naziri Van İ ilə danışıqlar zamanı bildirib.

"Baş nazir Modi avqustun 31-də Tyantszində keçiriləcək ŞƏT sammitində iştirak edəcək. Bu, onun 2018-ci ildən bəri Çinə ilk səfəridir", - A.Doval qeyd edib.

Van İnin sözlərinə görə, tarix və reallıq bir daha sübut edir ki, Çin və Hindistan arasında sağlam və sabit münasibətlər hər iki ölkənin fundamental və uzunmüddətli maraqlarına cavab verir.

Seçilən
42
1
report.az

2Mənbələr