AZ

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

Çelyabinsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.

Modern.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

O, "etnoseparatizm təbliğatı və Aleksey Navalnıya dəstək"də ittiham edilib.

Qeyd edək ki, Ərşad Xankişiyev həm də biznesmündir. O, "Fruktdom" MMC-nin, "Fruit-House" MMC-nin, "Nar Sharab" MMC-nin, "Kaspiy" MMC-nin təsisçisi/sahibidir.

Biznesmen, həmçinin Çelyabinskin "Azərbaycan" regional sosial-hüquqi ictimai təşkilatının prezidenti və "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri olub.

Qərarın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən verildiyi bildirilir. Onun Rusiyaya girişi də qadağan olunub.

Xatırladaq ki, "Azərbaycan" Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatı bu yaxınlarda məhkəmənin qərarı ilə ləğv edilib, bundan əvvəl isə məhkəmə "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatını ləğv edib.

Seçilən
34
5
modern.az

8Mənbələr