"Barselona" 2025/26 mövsümü üçün üçüncü formanı təqdim edib.
Publika.az xəbər verir ki, yeni idman dəsti narıncı rəngdədir və qara əlavələrlə bəzədilib. Dizayn 2009-cu ildə klublararası dünya çempionatı finalında komandanın geyindiyi formadan ilhamlanıb.
O vaxt "Barselona" Pedro və Lionel Messinin qolları sayəsində "Estudiantes"i 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdu.
Heybət