AZ

Ermənistanın Yekaterinburqdakı nümayəndəliyi bağlanıb

Ermənistanın Yekaterinburqdakı nümayəndəliyi 7 il işlədikdən sonra bağlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz Telegram kanalında məlumat verib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb.

“Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlayın”, - bəyanatda deyilir.

Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan avqustun əvvəlində tutduğu vəzifədən uzaqlaşdırılıb. Rəsmi səbəb göstərilməsə də, KİV-lər istefanın konsulun Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (AAK) münasibətdə hərəkətləri ilə razılaşmaması ilə bağlı ola biləcəyini yazıb.

Xəbər 3 dəfə oxunub.
Seçilən
112
2
xezernews.az

3Mənbələr