ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş" - "Qarabağ" matçını Bakıda açıq havada və böyük ekranda izləmək mümkün olacaq.
QOL.az saytının xəbərinə görə, bunun üçün "See Breeze" kurort şəhərciyində təxminən 3 min yerlik xüsusi zona yaradılıb. Artıq oyuna hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir.
"Qarabağ" klubundan QOL.az-a bildirilib ki, oyunu izləmək üçün giriş pulsuzdur.
Bundan başqa, oyuna "See Breeze"də baxmaq məqsədilə azarkeşlərə xüsusi ödənişsiz avtobuslar da ayrılıb:
"Koroğlu" metrosu - "See Breeze"
Gediş: 19:45 - 21:30
"See Breeze" - "Koroğlu" metrosu
Qayıdış: 00:45 - 02:30
Xatırladaq ki, "Ferensvaroş" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.