AZ

"Bavariya"nın futbolçusu Niderland klubuna keçə bilər

Almaniyanın "Bavariya" klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər.

"Report" "Kicker"ə istinadən xəbər verir ki, PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Oyunçu 2024/2025 mövsümündə icarə əsasında "Haydenhaym"da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Seçilən
104
report.az

1Mənbələr