AZ

Rəqsanənin vəkili: "Həmin şəxslərin adını açıqlamaq istəmirəm”

"Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.

Mia.az xəbər verir ki, bu sözləri Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, – deyə cavab verib.

Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır”.

“İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borclarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu” sualına isə Hikmət Əliyev belə cavab verib:  “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil”.

Seçilən
24
19
mia.az

10Mənbələr