AZ

Ermənistan və İran arasında bir sıra sənədlər imzalanıb

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Peşeşkan İrəvanda danışıqların nəticəsi olaraq birgə bəyanat imzalayıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər – standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimləməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.

Seçilən
24
3
tribunainfo.az

4Mənbələr