Rusiyanın “Lukoyl” şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavodu dron hücumlarından sonra fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda neft emalının ən az sentyabrın ortalarınadək dayandırıldığı bildirilir.
Qeyd edək ki, avqustun 14-də zavoda endirilən zərbələr nəticəsində ərazidə yanğınlar baş vermis, neft məhsullarının əraziyə axması qeydə alınmışdı.