AZ

ABB kartı olanlar DİQQƏT: Daha bir limit qoyuldu, faiz tutulacaq

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycan Beynəlxalq Bankı bank kartları ilə bağlı daha bir limit tətbiq edib.

Milli.Az xəbər verir ki, "MilliÖn" və "eManat" ödəniş terminalları ilə ABB-nin TamKart Visa Classic, TamKart MC Standard, Tam DigiCard, TamKart Eko, TamKart Gənc, TamKart Gold kartlarına pul mədaxil etmək qaydası dəyişib.

Belə ki, "MilliÖn" və "eManat" vasitəsilə mədaxil üçün aylıq 1000 manat limit qoyulub. Əgər bu limiti keçsəniz 0,5% komissiya tətbiq olunacaq.

Qeyd edək ki, bank bir müddət öncə də limitlərdə dəyişiklik etmişdi. Ölkədaxili bütün kartlara köçürmə və istənilən ATM-dən nağdlaşdırma əməliyyatlarında 3 000 AZN-dək limit qoyulub. Bu limiti keçən məbləğlərdə 1% komissiya tətbiq ediləcək. Minimum komissiya haqqı 1 AZN və ya ekvivalent valyutada müəyyən olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
5
news.milli.az

6Mənbələr