İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə sosial media hesabında paylaşım edib.
Pezeşkian paylaşımında iki ölkə arasında dost münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Ermənistanın Baş naziri ilə görüşdə bildirdim ki, İran İslam Respublikası hökumətinin mövqeyi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də iki ölkə arasında səmimi münasibətlərin davam etdirilməsidir. Üçüncü tərəf qüvvələrinin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız isə tamamilə aradan qaldırılmalıdır”, – deyə İran Prezidenti qeyd edib.
APA
Tarix: 19 Avqust 2025, 14:36