AZ

“Bəzi qadınlar “Tarqovı”da ərəblərə görə saçyolduya çıxırdılar...”

“Millət yoxdur, pis, tərbiyəsiz insan var. Bütün ərəb xalqını, ərəb dövlətlərini iki-üç tərbiyəsiz, biədəb, əxlaqsız insana görə pis qələmə verə bilmərik. Bu gün Azərbaycandan kimsə gedib haradasa biədəblik edirsə, o demək deyil ki, bütün Azərbaycan xalqı pisdir. Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edən ərəb turistlər tərbiyəsizdir, qanacaqsız, əxlaqsızdır. Əxlaq təkcə qadının və ya kişinin bədənini satması ilə ölçülmür".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə deyib.

O əlavə edib: "Bir insan tərbiyəsizdirsə, düşüncəsizdirsə, kiminsə mədəniyyətinə, milli dəyərlərinə, müqəddəslərinə toxunursa, deməli, əxlaqsızdır. pizza sifarişi

Bilirsiniz, günah özümüzdədir, həmişə də özümüzdə olub. Kimlərinsə bizə qarşı pis hərəkəti öz münasibətimizdən qaynaqlanır. Gələn adama o dəqiqə ürəyimiz gedir, qabağında əyilirik, təzim edirik. Üzr istəyərək deyirəm, bəzi insanların içində çox yaltaqlıq sevdası var. Bir çox zəif insanda qürur yoxdur. Qürur çox ağır şeydir, hər insanda olmaz. İnsan qürurlu olmalıdır”.

Nadir Qafarzadə qeyd edib: “Ələlxüsus da, bu gün hamımız 44 günlük müharibənin qalib vətəndaşlarıyıq. Dünyada belə bir təcrübə yoxdur ki, hansısa ölkə cəmi 44 gün ərzində müharibə udsun. Düzdür, udana qədər çox itkilər verdik. Allah şəhidlərimizə rəhmət eləsin, xəstələrə şəfa, sağ qalanlara cansağlığı versin. Cənab Prezidentimizin daxili və xarici siyasəti nəticəsində qalib gəldik. Hətta arxa cəbhədə də insanlar çalışdılar. Kimin əlindən nə gəldisə, cəbhəyə köməklik etdi, fondlara pullar köçürüldü.

Hər kəsin yadına gələr, bir müddət öncə bəzi “Azərbaycan qadını” adını daşıyan azərbaycanlı qadınlar, görürsünüz, “xanımlar” demədim, ərəb turistlərinə görə Bakıda “Tarqovı”da saçyolduya çıxırdılar. Hamısı göstəricidir. Ərəb də fikirləşir ki, bunların qadınlarının bizə görə ürəyi gedir. Üzr istəyirəm, bəzi qadınları nəzərdə tuturam. Sənətindən və kimliyindən asılı olmayaraq kişili və qadınlı hər bir vətəndaş azərbaycanlı adını daşıyırsa, bu adı uca tutmalıdır". 


Telegram kanalımız
Seçilən
4
3
yenisabah.az

4Mənbələr