AZ

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb



Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib.

Newscenter.az xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

Araşdırmalar aparılır.

Mehman Mehdiyev
Seçilən
45
3
newscenter.az

10Mənbələr