AZ

Yaxın zamanlarda Azərbaycanda güclü zəlzələ gözlənilir?

Yaxın zamanlarda Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilmir.

Publika.az xəbər vəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir:

"Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və Avrasiya kontinental plitələrində yerləşir. Bizim bloklarda olan hərəkətlər o qədər güclü deyil. Tektonik qırılmalar zamanı baş verən hərəkətlər dağıntılara səbəb ola bilməz. Azəbaycanda hiss olunan zəlzələlər olur. Bunlar qorxulu deyil. Yaxın zamanlarda da Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilirmir".

Seçilən
43
19
publika.az

10Mənbələr