AZ

Rəqsanə İsmayılovanın uşaqları əlindən alına bilər? - “Məhkəmədən asılıdır”

“Rəqsanə İsmayılovanın azyaşlı uşaqlarının valideyn hüququndan məhrum edilməsi ilə bağlı konkret hallar müəyyən olunmalıdır. Əgər onun övladlarının həyat və sağlamlığına təhlükə yaradırsa, mənəviyyatını qorumaqda ciddi problemlər yaranırsa və bu hallar davamlı və qərəzli şəkildə baş verirsə, məhkəmə valideynin hüquqlarını məhdudlaşdıra və ya məhrum edə bilər. Müğənni ilə bağlı araşdırmanı isə hazırda məhkəmə aparır və nəticələrə uyğun qərar qəbul edəcək”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında vəkil Aslan Heydərov deyib.

O bildirib ki, əgər valideynlərin hər ikisi həbs olunarsa, dövlət məsələyə müdaxilə etməli və uşaqlar dövlət himayəsinə verilməlidir. Toyuqlu pizza

“Qanunvericiliyə əsasən, valideyn ailə həyatı qursa belə, uşaqlar yenə də onun yanında qalmalıdır. Tərəflərdən biri qəbul etməsə belə, uşağın saxlanılması və himayəsi valideynin borcudur. Uşaq yalnız təhlükəli mühitdə böyüyərsə, dövlət iddiaçı qismində məhkəməyə müraciət edərək, uşağın valideyndən alınmasını tələb edə bilər. Bu halda uşaq sosial müəssisələrə yerləşdirilir və təhlükəsizliyi təmin olunur. Əlavə olaraq, uşağın 7 yaşı tamam olduqda proseslərdə öz fikrini bildirə bilər. 10 yaşı tamam olan uşaqların isə rəyinin nəzərə alınması məcburidir”.

Vəkilin sözlərinə görə, qəyyumluq etmək istəyən hər bir şəxs müvafiq qeydiyyatdan keçməli və proseslərdə iştirak etməlidir:

“Valideyn uşağını başqa bir şəxsə övladlığa veribsə, sonradan məhkəməyə müraciət etməklə uşağın geri qaytarılmasını tələb edə bilər. Lakin bu proses uzun çəkir və övladlığın ləğvi məsələləri müzakirə olunur. Başqasının uşaqlarını himayəyə götürmək istəyən şəxsin qohum olub-olmaması nəzərə alınmır. Burada xüsusi prosedurlar mövcuddur.

Qəyyumluq etmək istəyən hər bir şəxs müvafiq qeydiyyatdan keçməli və proseslərdə iştirak etməlidir. Əgər bioloji valideyn valideynlik hüququndan məhrum edilməyibsə, uşağın himayəyə götürülməsi üçün onun razılığı alınmalıdır. Razılıq verilməzsə, uşaqlar dövlət himayəsində qalır”.

Aslan Heydərov vurğulayıb ki, Təranə Səmədova da valideynlik hüququndan məhrum edilmədiyi üçün himayə ilə bağlı onun icazəsi alınıb:

“Güman edilir ki, Rəqsanə İsmayılova Təranə Səmədovanın uşaqlarını himayəyə götürərkən də məhz bu prosedurlardan keçib. Təranə Səmədova da valideynlik hüququndan məhrum edilmədiyi üçün himayə ilə bağlı onun icazəsi alınıb. Əgər icazə verməsəydi həmin uşaqlar dövlətin himayəsində qalmalı idi. Kiçik qızı hazırda uşaq sığınacağındadır.Rəqsanə İsmayılova ilə yanaşı, digər qəyyumluq etmək istəyən hər bir şəxs müvafiq olaraq qeydiyyatdan keçməli və proseslərdə iştirak etməlidir. Yalnız bu halda məhkəmə razılıq verərsə, uşaqlar qəyyumluğa verilə bilər”.

Xatırladaq ki, 2 azyaşlı uşağı var. Onlardan biri qızı Mihrimah Sultan, digəri oğlu Muhammed Əlidir. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr