AZ

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.

Azreform.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.

Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.

Seçilən
39
16
azreform.info

10Mənbələr