AZ

İsrail Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfir təyin edib

İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və Yaxın Şərq departamentinin rəhbəri Oded Yosef Rusiyaya səfir təyin edilib.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Xarici İşlər Nazirliyinin Xarici Diplomatik Nümayəndəliklərin Rəhbərlərinin Təyinatı Komitəsi Oded Yosifin İsrailin Rusiya Federasiyasındakı səfiri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib", - departamentin Telegram kanalında deyilir.

Təyinatın yaxın vaxtlarda İsrail hökuməti tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Seçilən
4
aznews.az

1Mənbələr