Bakı.Trend:
12 iyul 2025-ci il tarixində Kanakinin (Yeni Kaledoniya)müstəqillik hərəkatlarının nümayəndələri ilə Fransa hökumətiarasında imzalanmış Bujival razılaşması Yeni Kaledoniyanımüstəmləkə əsarətində altında saxlamaq xarakteri daşıyır və Kanakxalqının müstəqillik mübarizəsinin prinsiplərinə ziddir.
Trend xəbərverir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın YeniKaledoniyaya münasibətdə müstəmləkəçilik siyasətini davam etdirməkcəhdlərinin pislənildiyi bəyanatında yer alıb.
BTQ-nin bəyanatında qeyd olunub ki, Kanak və Sosialist MilliAzadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında Fransanın YeniKaledoniyaya sırımağa çalışdığı Bujival razılaşması qətiyyətlə rəddedilib:
“Qurultay iştirakçıları 1998-ci ildə imzalanmış Numea SazişinınYeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimitəsdiqləndiyini və Bujival razılaşmasının Numea sazişininmüddəalarına tamamilə zidd olduğunu bəyan ediblər.
Qeyd edək ki, FLNKS “Kanaki Sazişi” çərçivəsində ölkəninmüstəqilliyini elan etməyi nəzərdə tutur. “Kanaki Sazişi” yolxəritəsi rolunu oynayan və 2025-2030-cu illər arasında YeniKaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünüehtiva edən bir hüquqi sənəd olacaq. Həmçinin Fransa ilə müvəqqətimünasibətlər də məhz bu saziş əsasında müəyyənləşəcək.
FLNKS-in rəsmi sosial şəbəkə hesabında yayılan açıqlamadaBujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatınrəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyixüsusi vurğulanıb. Əlavə olaraq kanak xalqının birliyi vəqətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyininmüdafiəsi uğrunda mübarizənin davam etdiriləcəyi bidirilib”.
Bəyanatda daha sonra Fransanın müxtəlif vasitələrlə YeniKaledoniyanı Bujival sazişi ilə şantaj etməyə çalışdığıvurğulanıb:
“Xatırladaq ki, Fransanın dənizaşırı ərazilər üzrə naziri ManuelValls 19-23 avqust aralığında Yeni Kaledoniyaya baş tutacaq səfəriçərçivəsində Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrəbaşlayacağını deyib.
Valls bildirib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniyasiyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Fransalınazirin Bujival sazişinə dair “alternativ mövcud deyil” bəyanatıisə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimiqiymətləndirilib.
2025-ci il avqustun 21-də Bujival razılaşmasının redaksiyakomitəsinin iclası keçiriləcək. İclasda Manuel Vallsın razılaşmanışərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi gözlənilir.Kanakların aydın və qəti mövqeyinə baxmayaraq, bu cəhd bəhs olunansənədin Fransa tərəfindən onlara zorla qəbul etdirilməsisiyasətinin davamı hesab olunur”.
Bakı Təşəbbüs Qrupunun bəyanatında kanak xalqının seçiminəhörmət ediləcəyi və dəstəklənəcəyi ifadə olunub. Eyni zamanda,kanak xalqının gələcəyinin saxta razılaşma ilə deyil, yalnız tammüstəqilliklə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb:
“Fransanın atdığı bu son addımlar beynəlxalq hüququnprinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçiliksiyasətinin davamı kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququnfundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələbedir ki, kanak xalqının gələcəyi heç bir güzəşt və ya saxtarazılaşma ilə deyil, yalnız tam müstəqilliklə təminolunmalıdır”.