AZ

Tramp: “Onların yanında Putinə zəng etsəm, hörmətsizlik olardı” – VİDEO

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinin iştirakı ilə keçirilən görüş zalında Rusiya prezidenti Vladimir Putinə zəng etmədiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Avropa liderləri ilə görüşü yarımçıq SAXLADI: “Putinə zəng etməliyəm”


Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.

“Putinə Avropa liderlərinin yanında zəng etmədim. Hesab etdim ki, bu, ona qarşı hörmətsizlik olar”, - deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, belə addım atmaq münasib deyildi, çünki Moskva ilə Avropa arasında “isti münasibətlər” yoxdur:

“Mən bunu etmədim, çünki onların münasibətləri o qədər də isti deyil. Ümumiyyətlə, prezident Putin Avropa rəsmiləri ilə danışmayacaq. Problem də qismən bundadır. Ağ Evin də Rusiya ilə illərdir heç bir təması olmamışdı”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Putinin köməkçisi Uşakovun sözlərinə görə, liderlər arasında söhbət təxminən 40 dəqiqə davam edib və səmimi, konstruktiv xarakter daşıyıb.


Bizim.Media

Seçilən
56
50
bizim.media

10Mənbələr