Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarına dövrünün nəticələrinə görə Azərbaycan Beynəlxalq Bankının (ABB) faiz xərcləri 181 milyon 831 min manat təşkil edib.
Yenisabah.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 85 milyon 168 min manat və ya 88,1% artım deməkdir. Toyuqlu pizza
Xərclərin böyük hissəsi – 127 milyon 57 min manatı depozitlər üzrə faizlərin payına düşüb ki, bu da illik müqayisədə 57 milyon 389 min manat və ya 82,4% artım deməkdir.
Ən kəskin artım isə Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər üzrə faiz xərclərində qeydə alınıb. Bankın bu istiqamətdəki xərcləri 26 milyon 92 min manat və ya 5,5 dəfə artaraq 4 milyon 783 min manatdan 30 milyon 875 min manata yüksəlib. Həmçinin, ötən il cəlb edilmiş kreditlərə görə faiz ödəməyən bank, bu il həmin istiqamətə 2 milyon 600 min manat xərc çəkib.
Pul bazarı alətlərinə ödənilən faizlər 2 milyon 575 min manat və ya 19,5% artaraq 15 milyon 799 min manata çatıb. Qiymətli kağızlar üzrə faizlər 5 milyon 500 min manata bərabər olub.
Nəticədə bankın xalis faiz gəliri 6 milyon 754 min manat və ya 2% artaraq 341 milyon 769 min manat təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ABB-nin faiz xərcləri 96 milyon 663 min manat, xalis faiz gəlirləri isə 335 milyon 15 min manat olmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.