AZ

Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 min 352 ton süd və qaymaq idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir ki,bu həcmdə süd və qaymağın dəyəri 15 milyon 690 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 452 ton (18,3 %), dəyər baxımından isə 3 milyon 84 min ABŞ dolları (24,4 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edir.

 

Seçilən
35
5
anews.az

10Mənbələr