AZ

Şəhər hakimiyyəti “Barselona”ya yenə stop qoydu

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Barselona" təhlükəsizliklə əlaqədar "Kamp Nou" stadionunun istifadəsini bərpa etmək üçün şəhər hakimiyyətindən icazə ala bilməyib. Sport24.az xəbər verir ki, bu barədə "RAC1" məlumat yayıb.

Mənbənin sözlərinə görə, cənub qapısı ətrafındakı ərazilərdə rəsmi matçın keçirilməsinə mane ola biləcək təhlükəsizliklə bağlı çatışmazlıqlar aşkar edilib. Stadionun digər sahələri də təkmilləşdirilməlidir.

Kataloniya təmsilçisi bu səbəbdən çətin vəziyyətə düşüb. "Barselona" avqustun 28-dək UEFA-ya 2025/26 mövsümündə "Kamp Nou"da avrokubok oyunlarını keçirə bilib-bilməyəcəyini bildirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Barselona"nın La Liqanın "Valensiya" və "Xetafe" ilə oyunlarını yenidən qurulan "Kamp Nou"da keçirəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin oyunlar sentyabrın 14-ü və 21-nə nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
sport24.az

1Mənbələr