Futzal üzrə yüksək liqada 6 komanda mübarizə aparacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının iclasında qərar qəbul olunub. Toplantıda yeni mövsümə hazırlıq, Yüksək və 1-ci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.
Yüksək liqada 6, 1-ci liqada 10 komanda yarışacaq. Yüksək liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. 1-ci liqada isə komandalar 1 dövrədə üz-üzə gələcək. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq. Yüksək liqada mövsümə sentyabrın 18-də start veriləcək.
Yüksək liqada "Araz-Naxçıvan", "Neftçi İK", "Baku Fire", "Şuşa MFK", U-19, "Lənkəran", 1-ci liqada PFL, "Baku Fire-2", "Xan-Lənkəran-2", "Star Kargo", "Timsport", "Atletiko Baku", "Trabzon-Azərbaycan", "Ulduz", "Dəstə Ordubad" və "Yeni Suraxanı" kollektivləri çıxış edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta