AZ

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi - FOTO

“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.

 

QSC-dən Modern.az-a bildirilib ki, tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.

 

Seminarda iştirak edən qadınlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları – peşə hazırlığı, ödənişli ictimai işlər, özünəməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

 

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

 

“Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən etibarən icra olunur. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin olunub. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.

Seçilən
6
10
modern.az

10Mənbələr