AZ

Şəmkirdə açıq ərazidə yanğın başlayıb

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, Kür çayının sahilində, Bayramlı kəndi ərazisində açıq sahədə kol-kos yanır.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
18
7
anews.az

9Mənbələr