Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Washington Examiner”-ə verdiyi müsahibəni paylaşıb.
Moderator.az xəbər verir ki, Xəzər İbrahim “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı “əsl sülhməramlı” kimi qiymətləndirib” başlığı ilə yayımlanan müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında Tramp Administrasiyasının rolunun vacibliyini vurğulayıb.
Diplomatın sözlərinə görə, Trampın prezidentliyinin ikinci dövrünün başladığı gündən bəri Bakı arxayın idi ki, ABŞ lideri Qafqazda müsbət irəliləyişlər əldə edəcək.
Qeyd edək ki, Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında sülh razılaşmasını paraflayıblar.