AZ

Elşad Abdullayevin məhkəməsi başladı

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Toyuqlu pizza

Baxış iclası sentyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 2-si Elşad İslam oğlu Abdullayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.

Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvətalma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.


Telegram kanalımız
Seçilən
21
13
yenisabah.az

10Mənbələr