AZ

Bakıda əməliyyatda rəqs etdilər, pasiyentin çılpaq görüntüsünü yaydılar

Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd olan görüntüləri yayılıb.

Sosial şəbəkədə yayılan görüntülərə əsasən, Gülbadə Abdullayeva və onun həmkarları narkoz altında olan pasiyentin üzərində prosesi icra etdikləri alətlə rəqs ediblər. Sözügedən görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.

Ölkə.az-ın məlumatına görə, Gülbadə Abdullayevanın iş yeri kimi qeyd etdiyi "Dost Estetik Mərkəzi"nin gələcək mətbuat katibi kimi təqdim edən Fatimə Əliyeva Oxu.Az-a məsələ ilə bağlı açıqlama verib:

"Dost Estetik Mərkəzi" hələ fəaliyyətə başlamayıb. Mən isə rəsmi təsdiqlənəndən sonra İctimaiyyətlə əlaqələr şöbəsində çalışacağam. Gülbadə xanım həm də mənim çox yaxın rəfiqəmdir. Həmin videoda kollektiv uğurlu tibbi əməliyyatı sevinərək qeyd edir. O proses "Uğur Estetik Mərkəzi"ndə olub. Həmin video Gülbadə həkim işdən çıxdıqdan sonra onu cəmiyyətin gözündən salmaq üçün qurulan oyundur. Gülbadə həkim oradakı saxtalıqlara görə işindən çıxıb. Gülbadə həkim "Uğur Estetik Mərkəzi"ndə bəzi şəxsləri işindən azad etdirdiyinə görə onlar belə qisas alırlar.

Onun əvvəllər saç ustası olması iddiasına gəlincə, Gülbadə həkim Türkiyədə təhsil alıb. Səhiyyə Nazirliyi araşdırıb, diplomu və fəaliyyəti ilə tanış ola bilər".

Qeyd edək ki, sosial şəbəkədə "Dost Estetik Mərkəzi"nin 12 min izləyicisi olan səhifəsi və bir neçə tibbi prosedurun videogörüntüsü var.

Fatimə Əliyeva qeyd edib ki, həmin səhifəni də videonu yayan şəxslər açıblar, həmin videolar "Uğur Estetik Mərkəzi"ndə icra olunub.

Bildirilib ki, sözügedən səhifədəki videolarda, sadəcə, tibbi prosedurların qiyməti var, təhdid xarakterli görüntülərə rast gəlibməyib. 

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Seçilən
5
2
olke.az

7Mənbələr