AZ

Fidan və Rubio Putin-Tramp görüşünü müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Mark Rubio arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, diplomatik mənbələr tərəflərin Alyaskada baş tutan Rusiya-ABŞ sammitini müzakirə etdiyini bildirib.

Həmçinin Vaşinqtondakı görüşlərin nəticələri barədə də fikir mübadiləsi aparılıb.

Fidan ədalətli və daimi sülhün əldə edilməsi üçün Türkiyənin istənilən dəstəyə hazır olduğunu qeyd edib.

Seçilən
47
12
axar.az

10Mənbələr