Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifini rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bazar ertəsi Tramp və Putin arasında telefon danışığı zamanı Rusiya dövlət başçısı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə birgə Ağ Evdə olan Ukrayna prezidenti rədd cavabı verib.