AZ

Burak Yılmaz - “Qaziantep”in yeni baş məşqçisi!

Türkiyəli futbol mütəxəssisi Burak Yılmaz Super Liqada mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda ötən gün istefaya göndərilmiş İsmet Taşdemiri əvəz edib.

Xatırladaq ki, İsmet Taşdemir bu yay “Qaziantep”ə baş məşqçi təyin edilmişdi. Lakin komandanın cari mövsümün ilk iki turunda “Qalatasaray”a və “Konyaspor”a oxşar hesabla (0:3) uduzması klub rəhbərliyinin gözlənilməs qərar verməsi ilə nəticələnib.

Burak Yılmaz son olaraq “Kasımpaşa” komandasında baş məşqçi kimi işləyib. O, bu ilin yanvarından etibarən çalışdırdığı İstanbul klubundan mövsüm bitən kimi ayrılmışdı.

Burak daha öncə “Kayserispor”un da baş məşqçisi olub. O, bir müddət “Beşiktaş”da da baş məşqçi kimi çalışıb.

Seçilən
19
arena.az

1Mənbələr