AZ

"Qarabağ"dan transfer edilən hücumçu ilə bağlı PROBLEM YARANDI

"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bölgə klubu son olaraq “Qarabağ”dan Davud Mənsumovu heyətinə cəlb edib.

19 yaşlı hücumçu yeni mövsümdə bölgə təmsilçisində çıxış edəcək.

Ağdam təmsilçisi forvardı icarəyə verib.

Amma "şirlər" yeni transferin xidmətindən bir müddət istifadə edə bilməyəcək.

Çünki Mənsumovun zədəsi var.

Gənc oyunçu bir müddət əvvəl xəsarət olub.

Müalicəsi davam edir.

Ən yaxşı halda oktyabrda yaşıl meydanlara qayıdışı gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
10
sportinfo.az

1Mənbələr