AZ

Gecə saat 2-də tez-tez oyanmaq ciddi sağlamlıq xəbərdarlığı ola bilər

Bir çox insan gecə vaxtaşırı oyanır və əksər hallarda bu normaldır.

E-saglam.az-ın məlumatına görə, lakin əgər oyanmalar müntəzəm olaraq eyni vaxtda, məsələn, saat 2-də baş verirsə və yuxuya qayıtmaq çətin olursa, bu, maqnezium çatışmazlığı və yüksək kortizol səviyyəsi kimi problemlərin göstəricisi ola bilər.

Qidalanma mütəxəssisi Dr. Erik Berq izah edib ki, normalda gecə saat 2-də kortizol səviyyəsi ən aşağı olmalıdır, amma bəzi insanlarda bu zaman ani sıçrayış baş verir, yuxunun pozulmasına səbəb olur. Maqnezium çatışmazlığı isə əzələ krampları, səyirmə, əsəbilik, narahatlıq və nizamsız ürək döyüntüsünə yol aça bilər. Maqnezium qoz-fındıq, tünd yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, banan, toxumlar və bütün taxıllarda olur.

Dr. Berq əlavə edib ki, gecə oyanmalarına hipoqlikemiya (gecə qan şəkərinin düşməsi), qaraciyər problemləri (qaraciyər gecə 1–3 radələrində aktiv olur) və B1 vitamini və ya kalium çatışmazlığı (narahat ayaqlar sindromu) səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr