Bəstəkar -ifaçı Aydan Əliyeva bu dəfə də öz yeni və kreativ mahnısı ilə izləyicilərini təəccübləndirə bilib. Belə ki yeni Çağırdım adlanan mahnısını ifa edən Aydan Əliyeva musiqini həmişəki kimi özü bəstələmiş, sözlər isə gənc bəstəkarın özünə və istedadlı gənc yazar Tural Məmmədova aiddir.
Aranjiman Türkiyədə yaşayan və çalışan musiqiçilər Arçil Veltauri və böyük Türk sənətçisi müğənni İbrahim Tatlısesin komandasında çalışan keman ifaçısı İsmet Dirilə aiddir. Mahnının klipi Videoqraf, montajçı Fərid Həsənə aid, iki məkanda çəkilmişdir.
Qara paltarda gördüyünüz kadr Tarqoviynin məşhur Obraz kafesində, digər kadr isə Buzovna çimərliyində çəkilmişdir .
Mahnı SM Media şirkəti tərəfindən yayımlanmışdır.
Mahnı 3 günə 4000-dən çox izləyinin sevimlisinə çevrilmiş və sosial şəbəkələrdə sürətlə yayımlanmışdır.