
Sabah Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.