Bəzi əlaqələr zamanla vərdişə çevrilir və tərəfdaşlar bir-birindən uzaqlaşa bilər.
E-saglam.az-ın məlumatına görə, psixoloq Silvana Mici münasibətlərin sona yaxınlaşdığını göstərən 13 əsas əlaməti açıqlayıb:
Seks və toxunma bağı zəifləyir.
Gündəlik ünsiyyət azalır, mesaj və zənglər azalır.
Əl-ələ tutmaq və öpüşmək yerini fiziki məsafə tutur.
Sevgi dolu ad çağırışları azalır, sadəcə adla müraciət olunur.
Əvvəl birlikdə edilən fəaliyyətlər təkbaşına məşğuliyyətlərə çevrilir.
Eyni evdə yaşamağa baxmayaraq keyfiyyətli vaxt keçirmirsiz.
Bir-birinizin həyatına maraq azalır, bəzi məlumatları gizlədirsiniz.
Partnyorun hər hərəkəti sizi qıcıqlandırır.
Yalnız bir tərəf daim güzəştə gedir, tarazlıq pozulur.
Özünüzü və fərdiliyinizi itirmiş kimi hiss edirsiniz.
Evlilik, uşaq və ortaq investisiyalar barədə müzakirələr edilmirsə.
Partnyorun emosional və fiziki ehtiyaclarına laqeyd yanaşılır.
Bir-birinizin hisslərini başa düşmək və paylaşmaq çətinləşir.
Ekspertlər bildirir ki, münasibətlərdə böhranlar keçilməz deyil, lakin bunun üçün hər iki tərəfin səyi vacibdir.
Tərcümə: Könül Oruc
E-saglam.az