AZ

ABŞ Venesuelaya xəbərdarlıq etdu

ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, onun administrasiyası Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Venesuelaya gəlincə, prezident Tramp çox aydın və ardıcıl danışıb. O, ölkəmizə narkotik axınının qarşısını almaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-ın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə hazırdır”, - deyə o bildirib.

Seçilən
1
2
publika.az

3Mənbələr