AZ

Ona yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

Ümumilikdə 10-a yaxın ölkə öz qüvvələrini gələcək mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynaya göndərməyə hazırdır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Mənbələr bildirib ki, avqustun 19-da Avropa rəsmilərinin görüşü keçirilib və Britaniya ilə Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı konkret plan müzakirə edilib. İştirakçılar qoşunların sayı və mövcud olacağı yerləri müzakirə ediblər.

Seçilən
21
1
sia.az

7Mənbələr